Almaniyada ət vergisi tətbiq oluna bilər

img
+    -

Almaniyada adambaşına ildə 60 kiloqram ət yeyilir. Xeber.de-nin məlumatına görə, hazırda Almaniyada iqlim siyasəti və sağlamlığa görə ət istehlakının azaldılması istiqamətdə işlər aparılır. 

Ət istehsalı atmosferə yüksək miqdarda karbondioksid buraxılması ilə nəticələndiyindən iqlim qoruma siyasətinə görə, bu miqdarın azaldılması vacibdir. 

Almaniya Qidalanma Birliyi sağlamlıq üçün zərərli olan yüksək ət istehlakının azadılması və ortalama adambaşına 31 kiloqrama endirilməsini təklif edir. 

Heyvan haqlarının qorunması ilə məşğul olan təşkilatlar hesab edirlər ki, heyvanların saxlanıldığı mövcud şərait olduqca pisdir. Bunun qarşısını almaq isə, ət vergisinin tətbiq edilməsindən keçir. Dərnəklərin çoxu ət, süd və yumurta kimi məhsullara istehlak vergisinin tətbiq olunmasını, oradan gələn gəlirin heyvanların yaşam şərtlərinin yaxşılaşdırılmasına xərclənməsini tələb edirlər. 

Almaniya Ətraf Mühit Nazirliyi isə, ət məhsullarına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) 7 %-dən 19 %-a qaldırılmasını təklif edib.