Almaniyada „Hartz IV“ sosial yardımı artırılacaq

img
+    -

Almaniyada „Hartz IV“ kimi bilinən sosial yardım 7 avro məbləğində artırılacaq. Xeber.de-nin məlumatına görə, bu barədə ötən gün Almaniya Federal Hökuməti qərar verib. Digər tərəfdən Sol Partiya, Yaşıllar, ictimai və ailə birlikləri bu artımın yetərsiz olduğunu düşünürlər.

Federal Əmək və Sosial Xidmətlər naziri Hubertus Heilin layihəni təsdiqlədikdən sonra „Hartz IV“ adlanan sosial yardım pulunun gələn ildən etibarən ayda ən azı 7 avro artırılması gözlənilir.

Almaniya hökumətinin qərarına əsasən, uşaqlarını tək böyüdənlər 2021-ci ilin yanvar ayından etibarən  432 avro əvəzinə ən azı 439 avro alacaqlar. Ən böyük artım 14 ilə 17 yaş arasındakı gənclər üçün olacaq. Bu yaş aralığında olan gənclərin yardımı 39 avro artaraq 367 avro olacaq. Digər tərəfdən 6-13 yaş qrupunda olanlar üçün sosial yardım artımı planlaşdırılmır.

Məlumat üçün bildirək ki, sosial yardım artımı ilə bağlı hökumətin təklifi Bundestaq və Əyalət Parlamentlərinin Konseyi  tərəfindən də təsdiqlənməlidir.

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar