Almaniyada həkimlərdən əhaliyə

  • Avropa
  • 20 Mar 01:37
  • 309 Oxunma
img
+    -

Almaniyada həkimlər və tibb bacıları koronavirus pandemiyası səbəbi ilə əhaliyə  “evdə qalın" çağrışı ediblər. Xeber.de-nin məlumatına görə, Almaniyada hökumət koronavirusla bağlı mübarizə tədbirlərini davam etdirdiyi bir zamanda, xəstəxanalarda çalışan həkim, tibb bacıları və digər tibbi personal əlavə işləmək məcburiyyətində qalırlar. 

Həkimlərlər koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə əhaliyə tez-tez çağırışlar edirlər. Ötən gün Essen Universitet Klinikasında 89 yaşında bir qadının koronavirus səbəbindən ölməsindən sonra tibb işçiləri yenidən əhaliyə müraciət edərək “evdə qalın” çağrışı ediblər. 

“Biz sizlər üçün burdayıq, zəhmət olmasa siz də bizim üçün evdə qalın” yazılı plakat açan Essen Universitet Klinikasının tibbi personalı bəzi insanların vəziyyətin ciddiliyinin fərqində olmadıqlarına diqqət çəkiblər. 

Məlumat üçün bildirək ki, Almaniyada 15 262 nəfər koronavirusa yoluxub, 45 nəfər ölüb, 105 nəfər sağalıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar