Almaniyada İsrailə dəstək mitinqləri keçirilib – FOTO

  • Avropa
  • 17 May 11:18
  • 506 Oxunma
img
+    -

Almaniyanın bir çox böyük şəhərində İsrailə dəstək mitinqləri keçirilib. Xeber.de-nin məlumatına görə, Fələstin tərəfdarlarının ötən gün keçirdiyi aksiyaya cavab olaraq təşkil olunan mitinqlərdə Almaniyada artan antisemitizm pislənib. 
Bremen şəhərindəki mitinqdə çıxış edən ayrı-ayrı siyasi partiya funksionerləri vurğulayıblar ki, İsrail-Fələstin qarşıdurmasının Avropaya, xüsusilə Almaniyadakı yəhudi-ərəb cəmiyyətinə sıçraması təəsüf doğurur.  
Çıxışçılar hüquq mühafizə orqanlarını Berlin və digər şəhərlərdə Fələstin tərəfdarlarının keçirdiyi aksiyada yəhudi milləti üçün səsləndirilən təhqiramiz ifadə və şüarlarla bağlı ölçü götürməyə çağırıblar. Onlar qeyd ediblər ki, bəzi insanlar Almaniyanın qonaqpərvərliyindən istifadə edərək, ölkədə təhlükəli vəziyyətin yaranmasına şərait yaradırlar. Mitinqdə sinaqoq və yəhudi abidələrinə hücum edilməsi, onların dağıdılmasına yönəlik hərəkətlər pislənib. Həmas rejiminin atdığı raketlər nəticəsində həlak olanların xatirəsinə şam yandılırıb, dualar edilib. 
Mitinq polisin mühafizəsi və müşayiəti ilə iki saata yaxın davam edib. 
Məlumat üçün bildirək ki, ötən gün Almaniyanın paytaxtı Berlin də daxil olmaqla bir neçə böyük şəhərində Fələstin tərəfdarlarının aksiyası baş tutub. Aksiya iştirakçıları ilə polis arasında baş verən qarşıdurmada 20-ə yaxın şəxs saxlanılıb. Polis və aksiya iştirakçılarından xəsarət alanlar olub. 

Foto ©  Twitter

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar