Almaniyada kirayə evlər bahalaşıb

img
+    -

Ötən il Almaniyada kirayə mənzil bazarında 4,1%-lik bir qiymət artımı müşahidə edilib. Xeber.de-nin Almaniyada gündəlik nəşr olunan “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə əmlak bazarını araşdıran “İmmoscout24” şirkəti məlumat yayıb. Araşdırmada deyilir ki,  2020-ci ildə bu göstərici 3,5 % olub. 
Almaniyada mənzilin kvadratına görə, tələb olunan kirayə haqqı köhnə evlər üçün ortalama 7,33 avro, yeni mənzillər üçün isə, 10,07 avro olaraq müəyyən edilib.  
Paytaxt Berlində ötən il kirayə mənzillərin qiyməti 6% artıb. Hazırda Almaniya paytaxtında mənzilin kvadratına görə, orta kirayə haqqı 10,38 avrodan başlayır. 
Münhen keçən il də Almaniyanın mənzil bazarında ən bahalı şəhər olub. Bu şəhərdə kirayə mənzillər kvadratına görə, 16 avrodan təklif olunub. 

Mənbələr: Xeber.de, Bild, İmmoscout24

 


 

Oxşar yazılar