Almaniyada koronavirusa 5-ci yoluxma hadisəsi aşkarlanıb

  • Avropa
  • 31 Yan 09:10
  • 123 Oxunma
img
+    -

Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, beləliklə, ölkədə koronavirusa yoluxanların sayı beş nəfərə çatıb.

Regional Səhiyyə Nаzirliyi bildirib ki,  qeydə alınmış yoluxma hadisələrin ümumi sayı Bavariyada beş nəfər təşkil edir. Onların hamısı bir şirkətdə işləyirlər. 

Söhbət “Webasto” şirkətindən gedir. Daha əvvəl şirkətin 4 əməkdaşına 2019-nCoV virusu diaqnozu qoyulub. Onlardan biri bu virusa Çin vətəndaşından yoluxub. Şirkətin əməkdaşı ixtisasartırma kursunda iştirak edib.

Qeyd edilir ki, hazırda həkimlər təxminən 110 nəfəri müayinə edirlər. 

Oxşar yazılar