Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

  • Avropa
  • 04 Fev 07:54
  • 150 Oxunma
img
+    -

Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb.

Regional Səhiyyə Nаzirliyi bildirib ki, koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxan uşaqdır. Virus ona atasından keçib. Belə ki, uşağın atasından virusla bağlı götürülən analizlərin cavabı müsbət çıxıb.

Qeyd olunub ki, artıq Bavariyada  doqquz nəfər koronavirusa yoluxub. Çinin Uhan vilayətindən 1 fevral tarixində təxliyyə edilən iki Almaniya vətəndaşında da koronovirus aşkar edilmişdi. 

Foto  © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar