Almaniyada məktəblər və bərbərxanalar açılır

  • Avropa
  • 30 Apr 00:53
  • 248 Oxunma
img
+    -

36 mindən çox insanın koronavirusa (Covid-19) yoluxduğu, 6 mindən çox insanın bu virus səbəbindən öldüyü Almaniyada mayın 4-dən etibarən məktəblər və bərbərxanalar yenidən fəaliyyətə başlayacaq. Xeber.de-nin məlumatına görə, ictimai nəqliyyat və iş yerlərində məcbur maska taxıldığı Almaniyada məktəblər mərhələli şəkildə açılacaq.

Təhsil prosesinin məktəblərdə necə normallaşdırılması hələ bilinməzkən, əyalətlərin hər biri bu barədə özləri müstəqil qərar verəcəklər. 

Koronavirusla bağlı karantin tədbirlərinin yumşaldılması çərçivəsində mayın 4-dən etibarən bərbərxanalar da fəaliyyətə başlaya biləcək. 

Almaniyada nümayişlərə və toplantılara qoyulan məhdudiyyətlər də əyalətə görə dəyişir. Bəzi əyalətlərdə 20 nəfərin bir araya gəlməsinə icazə verilir, digərlərində isə şou və toplantıların tamamilə qadağan olunduğu bildirilir.

Mayın 4-də ibadət yerləri - məscid, kilsə və sineqoqların açılması da planlaşdırılır. 

Foto © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar