Almaniyada məscidə çirkin hücum 

  • Avropa
  • 18 May 20:39
  • 52 Oxunma
img
+    -

Almaniyanın Ştutqart yaxınlığındakı Vaihingen Enz qəsəbəsindəki bir məscidin qapısına donuz başı asılıb.
Xeber.de -nin məlumatına görə, Türkiyə Dini İşlər Türk-İslam Birliyinə (DİTİB) aid olan “Fatih Məscidi”nin qapısına saat təxminən 23:30 radələrində bir nəfər donuzun başını asaraq hadisə yerindən uzaqlaşıb. Məscidə edilən hücum təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Vaihingen Enz DİTİB “Fatih Məscidi” dərnəyi başçısı Lətif Pekmezci hücumçuların bir firmaya aid mikroavtobusla gəldiklərini söyləyib. O bildirib ki, təhlükəsizlik kamerasının görüntüləri  artıq polisə təhvil verilib. 

Hadisədən kədərləndiklərini ifadə edən Pekmezci polisin hadisə yerini araşdırdığını və mövzu ilə əlaqədar istintaq başlatdığını bildirib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar