Almaniyada metroda bomba həyəcanı, saxlanılan var - VİDEO

  • Avropa
  • 11 Yan 20:07
  • 711 Oxunma
img
+    -

Almaniyanın Bonn şəhərində “Bomba həyacanı” verilib. Xeber.de-nin məlumatına görə, 32 yaşlarında bir kişi “Bertha-von-Suttner-Platz” stansiyasında 66 nömrəli metroya (U-Bahn) minərək maşinistlə əlaqə yaradıb. Daha sonra maşinist kabinəsinə girən şəxs sürücüyə əlindəki paketdə bomba olduğunu söyləyib. Sərnişinlərin polisə xəbər verməsi ilə qatar növbəti stansiyada durdurulub. Polis xüsusi təyinatlıları hələlik kimliyi açıqlanmayan, 32 yaşlı şəxsi bibər qazı vasitəsi ilə zərərsizləşdirib. Polisdə həmin şəxsin ruhi xəstə olması ilə bağlı şübhələr yarandığından o, müayinə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. 

Polisin əməliyyatı ilə bağlı ərazidə nəqliyyatın sıxlığı təxminən iki saat davam edib. 

Polisdən hələlik saxlanılan şəxsin kimliyi və çantasında bomba kimi təqdim etdiyi əşya ilə bağlı bir açıqlama verilməyib. 

Video Quelle  © Einsatzfahrten und so

Foto Quelle © Xeber.de 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar