Almaniyada müsəlmanlara qarşı hücumların sayı açıqlandı

  • Avropa
  • 29 Mar 05:38
  • 267 Oxunma
img
+    -

Ötən il Almaniyada müsəlmanlara qarşı 871 hücum faktı qeydə alınıb. Xeber.de-nin məlumatına görə, Almaniya hökumətinin Sol Partiyanın sorğusuna verdiyi cavab görə, 2019-cu ildə müsəlmanlara və onların müəssisə və təşkilatlarına edilən hücumlar əvvəlki illə müqayisədə azalıb. Bu hücumlarda 2 nəfərin ölüb, 33 nəfər yaralanıb.

Sol Partiyadan olan millət vəkili Ulla Jelpke də müsəlmanlara qarşı nifrətin təhdid, hücum və təhqirlərin əvvəlki illə müqayisədə azaldığını vurğulayıb: “Keçən il Halle və bir ay öncə Hanaudakı irqçi terror hücumlarından sonra polis ifrat sağçı terror yuvalarına qarşı mübarizəni artırdı”.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, 2018-ci ildə ölkədə müsəlmanlara qarşı 910 hücum faktı qeydə alınıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar