Almaniyada nələr dəyişəcək? 

img
+    -

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının sərtləşdirildiyi Almaniyada may ayında əhalinin xeyrinə bəzi dəyişikliklər gözlənilir. Xeber.de-nin məlumatına görə, bəzi federal əyalətlərdə may ayından etibarən turizm tədricən canlanmağa başlayacaq. Yaxın aylarda Şlezviq-Holşteynin ən böyük turizm bölgəsi olacağı gözlənilir. 
Uşaq bonusu ilə federal hökumət koronavirus böhranı zamanı ailələrə dəstək olmaqda qərarlıdır. Bu məqsədlə federal hökumətin yardım paketində uşaq pulu alan ailələrə hər uşaq üçün əlavə 150 avro ödənməsi nəzərdə tutulur. May ayından etibarən uşaq bonusu uşaq müavinətindən ayrı olaraq ödənilməyə başlayacaq. 
31 may 2022-ci ilədək razılaşdırılmış bir saatlıq əmək haqqı qərbi Almaniyada  2,1 %,  Şərqi Almaniyada isə, 2,2 % artacaq. Sənayedə də minimum əmək haqqının artacağı gözlənilir. İxtisaslı işçilər üçün minimum əmək haqqı 13.80 avro müəyyən olunacaq.
Yaxın gələcəkdə ixtisassız işçilərin bir saatlıq əmək haqqı 11.20 avrodan (+ 2.7%)  ən az 11.40 avroya qaldırılacaq.

Mənbə © Leqat

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar