Almaniya koalisiya hökumətində təmsil olunan Sosial Dempokrat Partiyası (SPD) minimum pensiya (Grundrente) məbləğinin artırılması ilə bağlı qanun layihəsi hazırlayır. Xeber.de-nin məlumatına görə, sözügedən partiya 2021-ci ildən minimum pensiya məbləğinin 1000 avro olaraq müəyyən edilməsini istəyir.
Bu Bundestaqda təmsil olunan partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi millət vəkilləri bunu “SPD-nin radikal qərarı” adlandırıblar.
SPD-ə rəqib digər siyasi partiya təmsilçiləri bu qərarın SPD-nin itirdiyi nüfuzu geri qaytarmaq məqsədi ilə atdığını bildiriblər.
Məlumat üçün bildirək ki, 2021-ci il üçün nəzərdə tutulan bu qanun qəbul edilərsə, bu Almaniyaya illik 1.5 milyard avroya başa gələcək.
Foto © Fərahim İlqaroğlu / Xeber.de