Almaniyada qaçaq işləyənə 6 ay həbs cəzası verildi 

  • Avropa
  • 13 Dek 01:54
  • 617 Oxunma
img
+    -

Almaniyada işlədiyi halda  işsizlik pulu alan şəxs hakim qarşısına çıxarılıb. Xeber.de-nin məlumatına görə, Almaniyann Singen şəhərində bir nəfər oteldə qaçaq çalışaraq bunu İş İdarəsinə (Job Center) bildirməyib. 

Həmin şəxs işlədiyi halda İş İdarəsindən “Hartz IV” kimi bilinən işsizlik yardımı alıb. 

Ötən gün keçirilən məhkəmə prosesində 51 yaşındakı şəxsə 6 ay həbs cəzası verilib, 3500 avro məbləğində cərimələnib. 

İş İdarəsindən indiyə kimi 20 min avrodan çox sosial yardım alan şəxs, eyni zamanda həmin pulları hissə-hissə geri qaytarmalı, məhkəmə xərclərini də ödəməlidir. 

Məhkəmə qərarında bildirilir ki, 6 aylıq həbs cəzası növbəti iki il üçün təxirə salınır. Əgər həmin şəxs bu iki ildə hər hansı bir cinayət törədsə, barəsində verilən 6 aylıq həbs cəzasını da çəkməli olacaq.

Məlumat üçün bildirək ki, hazırda Almaniyada 5,5 milyon insan “Hartz IV” kimi bilinən işsizlik yardımı alır. Onların bir milyonu 10 ildir ki, heç bir işdə çalışmır. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

 

Oxşar yazılar