Almaniyada sellofan torbaya görə rekord cərimə - FOTO

  • Avropa
  • 01 Dek 15:26
  • 490 Oxunma
img
+    -

Almaniyada yeni ildə qüvvəyə minəcək qərarlardan biri də marketlərdəki sellofan torbalarla bağlıdır. Xeber.de -nin məlumatıa görə, Almaniya hökuməti marketlərdən sellofan torbaların yığışdırılması ilə bağlı qərar verib. Qərar 2020-ci il, yanvar ayının 1-də qüvvəyə minəcək. Ətraf mühiti qorumaq üçün verilən bu qərara hökumətin nəzarəti də güclü olacaq. Qərarda qeyd olunur ki, 2020-ci ildə qərar qüvəyə minəndən sonra sellofan torbaları yığışdırmayan mağaza və marketlər 100 min avroya qədər cərimələnəcəklər. 

Artıq bir çox marketlər sellofan torbaların yığışdırılması və müştərilərinin onlardan istifadə etməmələri üçün müxtəlif reklam və təşviqat proqramlarına başlayıblar. 

 

Foto © Fərahim İlqaroğlu / Xeber.de

 

 

 

Oxşar yazılar