Almaniyada “Tafel”ə gedənlərin sayı artıb

img
+    -

Almaniyada “Tafel”ə gedərək qida yardımı alanların sayı 10 % artaraq 1 milyon 650 min olub. 

Xeber.de-nin məlumatına görə, Almaniyada pulsuz qida yardımı edən “Tafel” təşkilatı üzvlərinin sayı ilə bağlı hesabat yayımlayıb. Hesabatda bildirilir ki, hazırda 1 milyon 650 min nəfər “Tafel”-dən qida yardımı alır. Bu rəqəm əvvəlki illə müqayisədə 10 % artıb. 

“Tafel”-dən ən çox yararlananlar isə, təqaüdçülərdir. Onların da sayı əvvəlki illə müqayisədə 20 % artaraq 430 min olub. 

Məlumat üçün bildirək ki, Almaniyada hər gün minlərlə ton ərzaq məhsulları, meyvə və tərəvəz zibilə atılır. Almaniya hökuməti bu israfçılığın qarşısını almaq üçün artıq uzun illərdir “Tafel” adlı yardım təşkilatı vasitəsi ilə bir proqram həyata keçirir. Məqsəd imkanı yetərincə olmayan insanları yemək və qida ilə təmin etməkdir.

Almaniya daxilində bir çox yerdə şöbəsi olan “Tafel” ilk olaraq 1993-ci ildə Berlində qurulub. 

Artıq yüzlərlə böyük market və restoranlar “Tafel”lərə yardım edir. Almaniyada bir çox marketdə “Tafel” səbətlərinə rast gəlmək mümkündür.

Alış-veriş edənlər yoxsulları da düşünərək səbətə qida məhsullarından atırlar. Daha sonra səbətlərdəki məhsullar yığılaraq “Tefel” mərkəzlərinə verilir. Ehtiyacı olanlar bura gələrək qida məhsullarını əldə edirlər. İstifadə müddətinin bitməsinə az qalmış məhsullar pulsuz olaraq verilir. Digərləri isə, simvolik bir qiymətə satılır. Məsələn, ehtiyacı olan hər bir şəxs “Tafel”lərdən 5-10 avroya yaxşı bir bazarlıq edə bilir.

Rəsmi rəqəmlərə görə, hazırda Almaniyada 940 “Tafel” mərkəzi var. Ümumi olaraq 60 min könüllü işçisi ilə gündəlik təxminən 200 min ton qidanı qoruyub ehtiyacı olan insanlara paylayır.

Foto © Monique Wüstenhagen / Tafel Deutschland e.V.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!