Almaniyanın Hanau bölgəsində törǝdilǝn terror aktı nəticəsində 11 nəfər hǝlak olub. Xeber.de-nin məlumatına görə, Hessen əyalətində yerlǝşǝn Hanau şəhərində iki ayrı iş yerində törǝdilǝn hücumlarda 11 nǝfǝrin hǝlak olduğu vǝ çox sayda adamın da yaralandığı bildirilib. Cənubi Hessen Polis İdarǝsindǝn verilǝn mǝlumatda qeyd olunub ki, hadisǝ yerli vaxtla saat 22.00-da baş verib. Törǝdilǝn hücumlarla bağlı ǝtraflı mǝlumat verilmǝyib.
Qeyd edǝk ki, hücumu törǝdǝnlǝrin evlǝrinǝ basqın tǝşkil edilib.Әldǝ olunan mǝlumata görǝ, basqın zamanı tǝcavüzkarların evdǝ meyiti aşkarlanıb.
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!