Almaniyada türk kökənli deputatın evi daşlanıb - FOTO

  • Avropa
  • 17 Dek 16:39
  • 330 Oxunma
img
+    -

Almaniyada “Yaşıllar” partiyasından olan türk kökənli deputat Cem Özdemirin evi daşlanıb. Sözügedən partiyanın mətbuat xidmətindən Xeber.de-yə daxil olan məlumatda deyilir ki,  “Yaşıllar” partiyasının eks-başqanı, Bundestaqın deputatı C.Özdemirin Berlində yaşadığı evə hücum olub. 

Partiyadan verilən açıqlamada bildirilir ki, C.Özdemir Almaniyadakı radikal sağçılardan və Türkiyədəki iqtidaryönümlü media orqanlarından tez-tez təhdidlər alır. Deputat təhdidlərdən qorxmadığını, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib. 

Məlumat üçün bildirək ki, C.Özdemir Bundestaqdakı son çıxışı zamanı Türkiyədə FETÖ üzvü ittihamı ilə daha 200 nəfərin həbs olunmasına etiraz etmiş, onun bu fikirləri Türkiyədə birmənalı qarşılanmamışdı. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar