Almaniyada uşaq bağçasında 3 yaşlı qız qətlə yetirilib

  • Avropa
  • 23 May 14:43
  • 356 Oxunma
img
+    -

Almaniyada 3 yaşlı Greta tərbiyəçisi tərəfindən döyülərək qətlə yetirilib. Xeber.de -nin məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Viersen şəhərindən yerləşən bir uşaq bağçasında qeydə alınıb. 

Belə ki, şiddətli ağrılarla xəstəxanaya çatdırılan Gretanın həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə tibbi ekspertiza daxili qanama və şiddətli bədən xəsarətləri ilə bağlı rəy verib. Bundan sonra Gretanın 25 yaşlı tərbiyəçisi polis tərəfindən saxlanılıb. 

Onun barəsində Viersen şəhər İdarə Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. 

Hadisə ilə bağlı araşdırmanı Viersen Polis Təşkilatı aparır. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar