Almaniyanda xəstəxanaya silahı basqın olub. Xeber.de - nin məlumatına görə, hadisə Köln şəhərinin “Neumarkt” bölgəsində qeydə alınıb. Belə ki, bir psixoloq xəstəsi tərəfindən silahlı hücuma məruz qalıb. Həkimdən başqa bir nəfər də yüngül yaralanıb.
Hadisə yerinə polis çağırılıb, silahlı şəxs saxlanılıb.
Polisdən verilən məlumata görə, silahlı şəxs psixoloji problemlərinə görə müalicə alırmış. Polis məhkəmənin əmri ilə onun evində axtarış aparıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!