Almaniyada Xocalı yürüş-mitinqi keçiriləcək

img
+    -

Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş-mitinqi keçiriləcək. Bu barədə Xeber.de-yə Almaniyadan yaşayan jurnalist Röya Rəfili məlumat verib. Onun sözlərinə görə, yürüş fevralın 26-ı Berlində Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin qarşısından başlayıb, Fransa səfiriliyinə qətnamə təqdim etməklə, Rusiya səfirliyinə qədər davam edəcək və orada toplanış-mitinqi keçiriləcək.

Jurnalist bildirib ki, marşrutun belə seçilməsi ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmaları ilə əlaqədardır.

Sonra azərbaycanlı mühacirlər Xocalı soyqırımını birbaşa törədən Ermənistanın Berlindəki səfirliyi qarşısına toplaşacaqlar.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!