Almaniyada yaşayan azərbaycanlı bədbəxt hadisənin qurbanı olub - VİDEO

  • Avropa
  • 10 Fev 01:48
  • 303 Oxunma
img
+    -

Almaniyada yaşayan azərbaycanlı bədbəxt hadisənin qurbanı olub. “Xeber.de”nin məlumatına görə, Azərbaycan Respublikası vətəndaşı Əzimov Əzim Əziz oğlu çalışdığı un sexində dəzgahın arasında qalaraq can verib. Hadisə Reynland-Pfalts Federal əyalətində qeydə alınıb. 
Hadisə yerinə gələn prokurorluq əməkdaşları Əzim Əzimovun iş yerində baş verən istehsalat qəzası nəticəsində aldığı travmalardan dünyasını dəyişdiyini açıqlayıblar. 
Məlumat üçün bildirək ki, Əzim Əzimov əslən Azərbaycanın Laçın rayonundandır. 
Faktla bağlı Reynland-Pfalts Federal Prokurorluğunda araşdırma davam etdirilir. 

Oxşar yazılar