Almaniyada yaşayan bir qrup azərbaycanlı Rusiyanın Bonn şəhərindəki konsulluğunun qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Xeber.de-nin məlumatına görə, Almaniyada fəaliyyət göstərən "Kölgə" yardım birliyi tərəfindən təşkil olunan aksiyada həmvətənlərimiz Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımızın OMON-un hücumuna məruz qalmasına etiraz edərək konsulluq binası önündə yerə uzanıblar. Azərbaycan bayraqları açılıb, etiraz şüarları səsləndirilib.
Məlumat üçün bildirək ki, iyunun 15-dən 16-na keçən gecə iki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib. OMON havaya atəş açıb, həmvətənlərimizi döyüb, əllərini və ayaqlarını bağlayaraq üzü üstdə yerə uzadıb.
Foto © Azər Kazımzadə / Facebook.
Bizim Telegram kanalımıza Abunə olun!
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə QOŞULUN!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!