Almaniyada yaşayış binası tikintisində REKORD

img
+    -

Almaniyada yaşayış binalarının tikintisi əvvəlki illərlə müqayisədə rekord həddə çatıb.  Alman İnşaat Sənayesi Mərkəzi Birliyi və Alman İnşaat Sektorunun Əsas Birliyindən Xeber.de-yə daxil olan məlumatda deyilir ki, bu il 2018-ci illə müqayisədə təxminən 13 min daha çox ev tikilib. Federal hökumət isə, 2021-ci ilə qədər hər il 375 min evin tikintisini proqnozlaşdırıb. Alman İnşaat Sektorunun Əsas Birliyindən bildirilib ki, gələn il 310 min yeni evin tikiləcəyini gözləyir.

2019, sektorun ümumi dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığı doqquzuncu il idi. Lakin artım tempi tədricən azalmağa meyl etdi. Birlik bu il 8,5% dövriyyənin 137,2 milyard avroya çatacağını gözləyir. 145 milyard 2020-ci ilə gözlənilir və beləliklə artım 5,5 faiz səviyyəsində olacaq. 2018-ci ildə sektorun dövriyyəsi 11 faiz artmışdı.

  Foto © xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar