Almaniyada yüksək və aşağı maaşlı peşələr - SİYAHI

img
+    -

Gehalt.de iş axtarış portalı son bir ildə Almaniyada maaş məbləğlərini təhlil edərək, hansı peşə sahiblərinin daha yüksək və ya daha az qazandığı barədə hesabat hazırlayıb. Xeber.de-nin məlumatına görə, eyni zamanda təşkilat müxtəlif federal ərazilərdəki mövcud əməkhaqqı məbləğlərini də ayrıca araşdırıb. 


Beləliklə, Almaniyada illik gəlirləri nəzərə alınmaqla, ən yüksək ödənişli 10 iş yeri aşağıdakılardır:
1. Baş həkim – ildə 115 317 avro
2. Satın almalar üzrə kommersiya mütəxəssisi – 99635 avro
3. Fond meneceri – 83.641 avro
4. Tibb mütəxəssisləri – 80 722 avro
5. Müştərilərlə əlaqə meneceri – 75 671 Avro
6. Satış üzrə regional menecer – 74 528 avro
7. Riyazi hesablamalar üzrə sığorta mütəxəssisi – 71042 avro
8. Satışı idarə edən mütəxəsis – 67 699 Avro
9. Təhlükəsizlik sahəsində treyder – 64 784 avro
10. Biznesin inkişafı üzrə mütəxəsis – 62 551 avro


Güründüyü kimi, bir çox başqa ölkədə olduğu kimi, Almaniyada da ən yüksək ödənişli peşələr tibb və maliyyə sektorlarına aiddir. Ənənəvi olaraq Almaniyada peşəkar həkimlər yüksək maaş alırlar. Araşdırmaya əsasən onlar il ərzində 115,300 avro qazanırlar. Daha bir araşdırmaya əsasən isə Almaniyada ən aşağı ödənişli iş yerləri restoranlar və mehmanxanaların mətbəx işçiləri hesab edilir. Onlar həkimlərlə müqayisədə 90 min avro az qazanırlar.


Ən aşağı illik əməkhaqqı olan vəzifələr aşağıdakılardır:
1. Mətbəx işçisi – 21 907 avro
2. Bərbər – 23 202 avro
3. Ofisiant – 23 619 avro
4. Zəng mərkəzi işçisi – 25 200 avro
5. Dərzi – 25 372 avro
6. Kassir – 26.572 avro
7. Aşbaz – 27 195 avro
8. Diş həkimi köməkçisi – 27,993 avro
9. Tibb bacısı – 28 002 avro
10. Ticarət obyektlərində sürücü – 28 436 avro


Digər ölkələrdə olduğu kimi, Almaniyada ən aşağı ödənişli işlərin əksəriyyəti xidmət sektorunda çalışırlar. Həmin işçilərin qazancları təkcə onların peşələrindən deyil, həm də yaşadıqları federal ərazidən asılı olaraq dəyişir. Hesabata görə, Almaniyanın cənubunda yaşayan işçilər ölkənin qalan hissələrinə nisbətən daha yüksək əməkhaqqı alırlar. Bu müəyyən bölgələrdə yaşamaq xərcləri də daxil olmaqla, həm də digər amillərlə bağlıdır.
Ən yüksək maaş Hessendə ödənilir. Almaniyada mövcud olan orta əməkhaqqı ildə 51 435 avro təşkil edir. Hessendə əməkhaqqı bu məbləğdən 14% yüksək olmaqla 45 min avro təşkil edir. Bu torpaq bank sektoru və güclü bir əczaçılıq sənayesinə sahib olmaqla liderdir.
Almaniyada mövcud orta əməkhaqqından Baden-Württembergdə 8,6%, Hamburqda 47 655 avro, (5,9% ), Bavariyada 47 295 avro ( 5 , 1%) artıq ödənilir.
Aviasiya və telekommunikasiya sənayesinin inkişaf etdiyi Şimali Reyn-Vestfaliyada orta aylıq əməkhaqqı orta hesabla 45 360 avrodur.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar