Almaniyadakı azərbaycanlılar həmrəylik yürüşü keçirəcək

  • Avropa
  • 16 İyl 03:33
  • 1267 Oxunma
img
+    -

Almaniyada Azərbaycan Ordusuna dəstək məqsədi ilə həmrəylik yürüşü keçiriləcək. Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatından Xeber.de – yə verilən məlumata görə, həmrəylik yürüşü Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq. 

“Yürüş iyulun 18-i, saat 12:00-dan 15:00-a kimi Düsseldorf şəhər, Immermannhof küçəsində, dəmiryolu vağzalının 50 metrliyində keçiriləcək. Artıq “Şəhidlər ölməz, Vətən bölünməz” adlı həmrəylik yürüşü Düsseldorf şəhər rəhbərliyi ilə razılaşdırılıb. Həmrəylik yürüşümüzün şüarı “Hər şeydən öncə Vətəndir!” olacaq”- deyə, DAS-dan bildiriblər.  

Təşkilat ümummilli məsələdə Almaniyada yaşayan bütün həmvətənlərimizin birlik nümayiş etdirmələrinin vacibliyini vurğulayıb. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar