Almaniyadakı azərbaycanlılar Həmrəylik Yürüşü keçirib - VİDEO

  • Avropa
  • 18 İyl 20:59
  • 542 Oxunma
img
+    -

İşğalçı Ermənistana etiraz, eyni zamanda düşmən təxribatı nəticəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsini anmaq və Ordumuza dəstək olduqlarını bildirmək isətəyən azərbaycanlılar Almaniyanın Düsseldorf şəhərində bir araya gəliblər. Xeber.de -nin məlumatına görə, razılaşdırılmış yürüşə təkcə Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindən yox, digər əyalətlərdən, eyni zamanda Belçika, Fransa, Niderland kimi Avropa ökələrində yaşayan həmvətənlərimiz də qatılıblar. 
Həmrəylik yürüşü şəhər vağzalının yaxınlığından start götürərək mərkəzi küçələrdən keçməklə davam edib. 
Yürüşə qatılanlar “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan-Türkiyə”, “Azərbaycan əsgəri”, “Qarabağ Azərbaycandır”, “Xocalıya ədalət”, “Ordumuza dəstəyik”, “Vur komandir” kimi şüarlar səsləndiriblər. Yürüş aksiyasına Düsseldorf şəhərinin yerli sakinləri, Türkiyə türkləri, ukraynalılar, pakistanlılar və yəhudilər də qatılıblar. 
Həmrəylik yürüşü toplanış məntəqəsinə çatdıqdan sonra Azərbaycanın Tovuz şəhərində düşmən təxribatı nəticəsində şəhid olan əsgər və zabitlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Çıxış edənlər bildiriblər ki, bu gün siyasi fikirlərindən, partiya mənsuzbiyyətindən aslı olmayaraq dövlətimizi və ordumuzu dəstəkləmək üçün həmrəylik yürüşünə qatılıblar.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar