Almaniyadakı “Old Baku” restoranı bağlanıb -  FOTO

  • Avropa
  • 18 İyn 00:46
  • 106 Oxunma
img
+    -

Almaniyanın Köln şəhərində yerləşən “Old Baku” restoranı bağlanıb. Almaniyadakı məşhur Azərbaycan restoranının bağlanması ilə bağlı rəsmi açıqlama verilməsə də, restoranın yerləşdiyi “Senats” otelindən bildirilib ki, obyektin bağlanması aparılan təmir işləri ilə bağlıdır. Belə ki, otelin birinci mərtəbəsi təmirə bağlandığından, restoran da müvəqqəti qapadılıb. 
“Old Baku”, “Azerbaijan” sözləri yazılan reklam lövhələri sökülüb. 
Restoranın fəaliyyətini nə vaxt bərpa edəcəyi bilinmir. 
Məlumat üçün bildirək ki, “Am Hof 20” ünvanında yerləşən “Old Baku” reatoranı Almaniyada fəaliyyət göstərən ən böyük Azərbaycan restoranlarından biri idi. Restoran qonaqlarına Azərbaycanın milli mətbəxinin təamlarını təqdim edirdi. 

 

Xeber.de
 

Oxşar yazılar