Almaniyadan əməkçi miqrantlara daha bir dəstək

  • Avropa
  • 25 Yan 02:16
  • 192 Oxunma
img
+    -

Almaniya hökuməti əməkçi miqrantlarla bağlı daha bir dəstək proqramını elan edib. Xeber.de-nin məlumatına görə, mart ayından “İmmiqrasiya qanunu”na edilən dəyişiklikdən sonra ixtisaslı kadrların Almaniyaya gəlmələrinin asanlaşacağı gözlənilsə də, bəzi problemlər federal hökuməti düşündürmək məcburiyyətində qoyub. 

İşlə bərabər alman dili səviyyəsinin yüksəldilməsinin olduqca çətin olacağını düşünən federal hökumət əməkçi miqrantlara dəstək məqsədi ilə “Milli inteqrasiya planı”ı adlı layihəni işə salıb. 

Layihə çərçivəsində Almaniya hökuməti ən çox ixtisaslı işçilərin qəbul edildiyi ölkələrdə namizədlərə alman dili və inteqrasiya kursları təşkil edəcək. Hökumət hesab edir ki, bu layihə əməkçi miqrant kimi Almaniyaya gəlib, işləmək istəyənləri təşviq edəcək. 

Federal hökumətin planla bağlı yaydığı rəsmi məlumatda qeyd edilib ki,   layihə Almaniyaya gəlib, qaçqın statusu almaq istəyən şəxsləri məlumatlandıraraq, onlara yol göstərəcək. 

Federal hökumətin sözcüsü Steffen Seibert açıqlamasında bildirib ki, Almaniya ixtisaslı miqrant qəbulu ilə bağlı digər Avropa ölkələri ilə rəqabət içərisindədir. 

“Digər yandan insanların qarmaqarışıq fikirlərlə Almaniyaya gəlmələrini istəmirik. Xüsusilə 2015-2016-cı illərdə ölkəyə gələn miqrantlar tamamilə yanlış yönləndiriliblər. Məsələn, alman dilinin peşə təhsilinə görə nə qədər önəmli olduğu barədə məlumatsız olublar”-deyə S.Seibert qeyd edib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar