Almaniyadan növbəti dəfə kütləvi deportasiyaya cəhd – VİDEO

  • Avropa
  • 17 İyn 11:30
  • 657 Oxunma
img
+    -

İyunun 16-ı, səhər saatlarında Almaniyanın Düsseldorf şəhər hava limanından Azərbaycan Respublikası vətəndaşlarının kütləvi deportasiyasına cəhd olunub. “Xeber.de”-nin məlumatına görə, 61 Azərbaycan Respublikası vətəndaşı əvvəlcə polis müşayiəti ilə hava limanına gətirilib. Bir-neçə prosedurdan sonra təyyarəyə mindirilən şəxslər arasında əsasən Almaniyaya qaçqın statusu üçün gələn şəxslər olub.
Səhər saat 10 radələrində Heydər Əliyev adına Hava limanına enməli olan təyyarə isə, havaya qalxa bilməyib. Texniki problemlə üzləşən təyyarənin pilotu uçuşun ləğv edilməsini tələb edib. Bundan sonra sərnişinlər təyyarədən düşürülərəq, bir qədər gözlədiliblər. Hava limanının texniki heyyəti problemin təyyarənin motor hissəsinə girən bir quşdan qaynaqlandığı bildirib. Bu səbəbdən deportasiya naməlum vaxta təxirə salınıb. 


Deportasiya ediləcək şəxslər arasında Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının bir üzvü də olub. Hadisə ilə bağlı “Xeber.de”-yə danışan təşkilatın rəhbəri Rafiq Təmrazov bildirib ki, azərbaycanlıların növbəti kütləvi deportasiyasına əsas səbəb yenə də onların burada qalmalarına ciddi səbəb göstərə bilməmələridir. Onun sözlərinə görə, deportasiya olunacaq şəxslərin bir çoxu Almaniya miqrasiya qanunlarının tələblərinə cavab verə bilməyiblər və nəticədə onlar barəsində ölkədən çıxarılma qərarı verilib: “Bizim DAS təşkilatının üzvü də bu dəfə deportasiya ediləcək şəxslər arasında idi. Bizim təşkilatda toplaşanlar əsasən siyasi aktivistlərdir. Ölkədə problemlə üzləşən şəxslər Almaniya miqrasiya idarələrində özlərini lazımı qaydada təqdim edə bilmirlər. Eyni zamanda öz hüquqlarını lazımı səviyyədə tələb edə bilmirlər. Təbii ki, çox vaxt insanların müraciətlərinə adekvat baxılmır. Bu zaman qanunları bilməyən bizim üzvlər də daxil olamaqla siyasi aktivistlərin deportasiya olunmasına səbəb olur. Almaniya hökuməti təəsüflər olsun ki, deportasiya ediləcək şəxslərin ölkələrində hansı problemlə üzləşəcəklərini təsəvvür belə etmir”.

Almaniyada yaşayan ictimai fəal Mehman Rzayevin sözlərinə görə, dövlət bu qərarı verməzdən və icra etməzdən öncə dəfələrlə onlara könüllü getmələri üçün imkanlar tanıyır: “Deportasiya xoşagəlməz prosesdir. Amma buna hadisə kimi də baxmaq olmaz. İlk öncə bu dövlət qurumunun verdiyi qərarın icra edilməsidir. Deportasiya Almaniya ərazisində hüquqi əsası olmayan rezidentlərin ölkədən xaric edilməsidir. Dövlət bu qərarı verməzdən və icra etməzdən öncə dəfələrlə onlara könüllü getmələri üçün imkanlar tanıyır. Nəzərə alsaq ki, insanlar səbəbsiz yerə emiqrasiya etmir, deportasiya həm də insanların ümidlərinin, arzu və hədəflərinin puç edilməsidir. Heç bir azərbaycanlı səbəbsiz yerə öz vətənini tərk etmir. Yaxşı olardı ki, insanlar öz vətənlərini tərk etmək bəcburiyyətində qalmasın. Bunu təmin etmək ilk növbədə onların vətəndaşı olduğu dövlətin başlıca vəzifəsi və ali hədəfi olmalıdır. Hesab edirəm ki, azərbaycanlıların deportasiya hallarının artması, pandemiyanın az da olsa səngiməsi və hava şəraitinin uyğun olması ilə bağlıdır”.
Məlumat üçün bildirək ki, yanvar ayından indiyə kimi Almaniyadan Azərbaycan Respublikası vətəndaşlarının 5 dəfə kütləvi deportasiyası həyata keçirilib. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!


 

Oxşar yazılar