Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı məlum olub - VİDEO

  • Avropa
  • 06 Yan 03:55
  • 166 Oxunma
img
+    -

Ötən il 752 437 əcnəbi Almaniyaya gələrək bu ölkəyə qaçqın statusu üçün müraciət edib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən Xeber.de-yə bildirilib ki, müraciət edənlərin 86%-i müddətli, 12,5 % müddətiz, 1,5 % -i isə, möhlət hüququ əsasında yaşamaq icazəsi alıblar. 
Vətədanşlıq mənsubiyyətinə görə, sığınacaq üçün müraciət edənlərin içərisində ilk yeri Suriya vətəndaşları tutublar. Belə ki, 401546 Suriya vətəndaşı ötən il Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Siyahıda sonrakı yerlərdə İraq, Əfqanıstan, Eritreya, İran və digər ölkələr qərarlaşıblar. 
Azərbaycan siyahıda 15-cidir. Keçən il 2067 Azərbaycan Respublikası vətəndaşı federal idarəyə qaçqın statusu üçün müraciət edib. 
Məlumatda Azərbaycan vətəndaşlarının Miqrasiya Qanununun hansı Paraqraf və abzasına görə yaşamaq, möhlət hüququ, işləmək icazəsi aldıqları da qeyd olunub. 

Xeber.de

Oxşar yazılar