Almaniyadan sığınacaq istəyənlər azalıb – Statistika

  • Avropa
  • 29 Mar 01:09
  • 115 Oxunma
img
+    -

Bu ilin fevral ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı 7577 nəfər olub. Ölkənin Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) “Xeber.de”-yə verilən məlumata görə, bu, ilk dəfə müraciət edənlərin sığınacaq müraciətlərinin sayının keçən ilin eyni ayına nisbətən 25,3 % azalması deməkdir. Əvvəlki aya nisbətən də sığınacaq müraciətlərinin sayı 11,1 % azalıb.
Cenevrə Qaçqınlar Konvensiyasına əsasən 2499 nəfərə (bütün sığınacaq qərarlarının 20,2 %-i) Almaniyada yaşamaq icazəsi verilib. 2217 nəfər (18 %) barəsində köməkçi qoruma, 530 nəfər (4,3%) barəsində isə, deportasiyadan qorunma qərarları verilib. 
BAMF-dan verilən məlumata görə, keçən ay 3661 nəfərin (29,7% ) müraciəti rədd edilib. 3440 nəfərin (27.9 %) müraciəti başqa bir şəkildə (məsələn, Dublin proseduru və ya sığınacaq müraciətinin geri götürülməsi səbəbindən icraatın dayandırılması) həll edilib. 

Fevral ayında Almaniyadan sığınacaq istəyənlərin ölkələr üzrə sayı *: 
Suriya : 3085
Əfqanıstan : 909
İraq : 629
Türkiyə : 332
Naməlum : 272
Nigeriya : 229
Eritreya : 161
Somali : 160
İran : 155
Gürcüstan : 135

(* nəfərlə)

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar