Almaniyadan sığınacaq istəyənlərin sayı artıb - SİYAHI

  • Avropa
  • 25 İyn 11:38
  • 436 Oxunma
img
+    -

Son iki ayda Almaniyadan sığınacaq istəyənlərin sayında artış qeydə alınıb. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Xeber.de”yə verilən məlumata görə, 2021-ci ilin may ayında federal idarəyə 8278 ilkin sığınacaq müraciəti təqdim edilib. Bu, əvvəlki aya nisbətən sığınacaq müraciətlərinin sayında 2,6 % artım deməkdir.
May ayında sığınacaq müraciətinə baxılan şəxslərdən 2204 nəfərə Cenevrə Konvensasiyasına əsasən qaçqın statusu verilib.  
2301 nəfərin sığınacaq müraciəti rədd edilib və barəsində ölkəni könüllü tərk etməsi ilə bağlı qərar çıxarılıb. 
BAMF-dan bildirilib ki, 31 May 2021-ci il tarixinə qədər Yunanıstanda qorunma hüququna sahib olduqlarını təsdiqlədiklərinə dair sənədləri olan təqribən 17300 nəfərin sığınacaq müraciətinə hələ baxılmayıb.  

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar