Almaniyadan sığınacaq istəyənlərin sayı artıb - VİDEO

  • Avropa
  • 14 Dek 14:49
  • 373 Oxunma
img
+    -

Almaniyadan sığınacaq istəyənlərin sayı artıb. Xeber.de-nin məlumatına görə, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin noyabr ayı üçün yayımladığı hesabatda vurğulanır ki, ötən ay federal idarəyə 16 520 ilkin sığınacaq müraciəti təqdim edilib. Bu, əvvəlki ayla müqayisədə 24,3 faiz % artım deməkdir.
2891 nəfər Cenevrə Qaçqınlar Konvensiyasına, 2039 nəfər əlavə müdafiə və 205 nəfər deportasiyaya qarşı müdafiəyə əsasən qaçqın statusu alıb.
3566 nəfərin  ərizəsi rədd edilib. Dublin proseduru və ya sığınacaq ərizəsinin geri götürülməsi ilə əlaqədar icraatın dayandırılması bağlı işlərin sayı isə, 4309 olub.

Oxşar yazılar