Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - SƏBƏB

  • Avropa
  • 09 Yan 02:06
  • 457 Oxunma
img
+    -

2019-cu ildə Almaniyadan sığınacaq istəyənlərin ümumi sayı açıqlanb. Xeber.de-nin məlumatına görə, 2018-ci ilin ümumi sayı ilə müqayisədə keçən il sığınacaq istəyənlərin sayında 14 % azalma qeydə alınıb. 

Bu barədə Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunur. 

Nazirliyin açıqlamasında bildirilir ki, 2019-cu ildə 142 509 nəfər Almaniyaya gələrək qaçqın statusu üçün ərizə ilə müraciət edib. Bu 2018-ci illə müqayisədə 20 min az ərizə deməkdir. 

Suriya, İraq və Türkiyə

Yola saldığımız 2019-cu ildə Almaniyadan ən çox Suriya vətəndaşları sığınacaq istəyib. Nazirliyin məlumatında qeyd olunur ki, keçən il 24 435 nəfər Suriya vətəndaşı sığınacaq üçün ərizə ilə müraciət edib. Onları 10 894 nəfərlə İraq, 10 275 nəfərlə isə, Türkiyə vətəndaşları izləyib. 

Keçən il sığıncaq istəyən İran vətəndaşlarının sayı 7 778, Əfqanıstan vətəndaşların sayı isə 7 124 nəfər olub. 

Keçən il Almaniyadan sığınacaq istəyənlərin sayının azalması ilə bağlı danışan federal daxili işlər naziri Horst Seehofer bildirib ki, buna səbəb nazirliyin ölkə sərhədlərində qanunsuz miqrasiya ilə bağlı mübarizəni gücləndirməsi, eyni zamanda deportasiya proseslərinin sürətləndirilməsidir. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizlə BÖLÜŞÜN!

Oxşar yazılar