Suriyalılardan çox türkiyəlilər Almaniyadan sığınacaq istəyib

  • Avropa
  • 26 Dek 03:33
  • 635 Oxunma
img
+    -

Bu il Almaniyaya Suriya və İraq vətəndaşlarından daha çox Türkiyə vətəndaşları sığınacaq üçün müraciət edib.

Xeber.de-nin məlumatına görə, alman polisi ölkəyə qanunsuz yollarla gələnlərin statistikasını təqdim edib. 

Məlumatda bildirilir ki, bu il 36654 nəfər qanunsuz yollarla ölkəyə girərək sığınacaq istəyib. Bu rəqəm 2018-ci ildə 38580 olaraq qeydə alınıb. 

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, 9183 nəfər hava limanları, 8344-ü isə, Avstriya sərhəddindən istifadə etməklə Almaniyaya daxil olublar.

Almaniyaya qaçaq yollarla gələnlərin vətəndaşlıq mənsubiyyəti aşağıdakı kimi olub:

Əfqanıstan 2399 nəfər,

Türkiyə 1721 nəfər,

Suriya 1691 nəfər, 

Serbiya 1682,

İraq 1651, 

Nazirlikdən verilən məlumatda deyilir ki, bu il sığınacaq istəyi rədd edilən 20966 nəfər deportasiya edilib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Foto © Fərahim İlqaroğlu 

 

 

Oxşar yazılar