Almaniyanın 124 min İT mütəxəssisə ehtiyacı var

img
+    -

Almaniyanın hazırda 124 min İT (İnformasiya texnologiyaları) mütəxəssisinə ehtiyacı var. Bitkom Sənaye Dərnəyindən Xeber.de-ə daxil olan məlumatda deyilir ki, onların 51 %-i 2018-ci ildən qalma boş iş yerləridir. 

Sözügedən dərnəyin bu il Almaniyada 850 İT sahəsi üzrə fəaliyyət göstərən şikətlə keçirdiyi sorğu nəticəsində məlum olub ki, axtarılan mütəxəssislər arasında 32 % proqramçı, 18 % kompüter mühəndisi, 13 % məlumat analisti vəzifəsi tutur. 

Məlumat üçün qeyd edək ki, Almaniyada İT sahəsi üzrə fəaliyyət göstərən bir çox şirkət işçi qəbulu ilə bağlı qaydalara bir sıra dəyişikliklər ediblər. Onların sırasında bu sahə üzrə tələb olunan iş təcrübəsinin 5 ildən 3 ilə endirilməsini və alman dili məcburiyyətinin olmamasını qeyd etmək olar. 

Şirkətlər bu sahədə çalışmaq istəyənlər üçün yalnız ingilis dilini şərt qoyur.