Almaniyanın bu əyaləti 1000 qaçqın qəbul edəcək                                     

  • Avropa
  • 11 Sen 01:07
  • 96 Oxunma
img
+    -

Yunanıstanın Midilli adasındakı “Moria” qaçqın kampındakı yanğından sonra Almaniyanın Şimali Reyn Vestfaliya əyaləti 1000 nəfər sığınacaq axtaranı qəbul edə biləcəklərini rəsmi olaraq açıqlayıb. Xeber.de – nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əyalətin baş naziri Armin Laşnet deyib. O bildirib ki, Avropa Birliyi (AB) dövlətləri təcili şəkildə humanitar yardıma ehtiyacı olan insanlarla bağlı hərəkətə keçməlidir: “”Moria”dan olan şəkillər dəhşətlidir. İnsanlar hər şeylərini itiriblər, başlarının üstündə bir şey yoxdur ki, onları yağışdan, soyuqdan qorusun. Humanitar yardıma ehtiyac duyan insanlarla bağlı AB ölkələri dərhal tədbir görməlidir”. 

A.Laşnet bildirib ki, Şimali Reyn Vestfaliya əyaləti Yunanıstandakı adalarda valideyn himayəsindən məhrum 105 uşağı gətirib. Ümumilikdə 500 belə uşağın əyalətə gətirilməsi planlaşdırılıb. 
Məlumat üçün bildirək ki, ötən gecə Avropanın ən böyük qaçqın kampı sayılan “Moria”da yanğın hadisəsi baş verib. Ölən və yaralananlar barəsinə hələlik dəqiq məlumat verilməsə də, 12 600 sığınacaq axtaran köməksiz vəziyyətdə qalıb.  Yunanıstan hökuməti yanğının qəsdən törədildiyindən şübhələnir. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar