Almaniyanın bu şəhərində 27 milyon avroya məscid inşa ediləcək  - FOTOLAR

  • Avropa
  • 05 Dek 19:21
  • 142 Oxunma
img
+    -

Almaniyada 2 min nəfərin eyni anda ibadət edəcəyi məscid inşa ediləcək. 

Diyanət İşləri Türk-İslam Birliyindən (DİTİB) Xeber.de-yə daxil olan məlumatda deyilir ki, Almaniyada Köln şəhərindən sonra növbəti böyük came Ştutqartda inşa ediləcək. 27 milyon avroya başa gələcək məscid 2025-ci ildə istifadəyə veriləcək. Məsciddə müxtəlif dini və sosial tədbirləri həyata keçirmək üçün konfrans zalları, kitabxana, restoran və qapalı avtomobil dayanacağı olacaq. 

Məscid layihəsi ilə bağlı danışan Ştutqartın bələdiyyə başqanı Martin Schairer bildirib ki, hazırda rəhbərlik etdiyi şəhərdə 60 min müsəlman yaşayır. 

Feuerbach DİTİB Yeni Came Dərnək Başqanı İsmail Çakır da məsciddə uşaq, gənç, qadın, yaşlı və valideynlər üçün sosial sahələrdə müxtəlif tədbirlərin keçiriləcəyinə diqqət çəkib.

 İsmail Çakır

Tədbirə digər dinlərin təmsilçiləri, şəhərdəki böyük kilsələrin rəhbərləri də qatılaraq çıxış ediblər. 

Məlumat üçün bildirək ki, hazırda Almaniyada ən böyük məscid Kölndəki Mərkəz Camesidir. Avropanın ən böyük məscidi isə, Fransanın Strasburq şəhərində inşa edilir. 

Strasburq Əyyub Sultan Camesinin tikintisinin 3,5 ilə tamamlanması gözlənilir. 3500 nəfərin eyni anda namaz qıla biləcəyi 14500 kvadrat metr sahəyə malik məscid Avropanın ən böyük məscidi olacaq. Məscid Strasburqdakı Avropa Parlamentinin yaxınlığında inşa edilir. Məscidin tikinti layihəsi Almaniyanın Köln şəhərində yerləşən İslam Toplumlu Milli Görüş (İGMG) tərəfindən həyata keçirilir. 

 

 

 

 

 

 

Oxşar yazılar