Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalı ləğv edilib. Xeber.de-nin məlumatına görə, buna səbəb koronavirus (Covid-19) pandemiyasıdır.
Mütəxəssislərin fikrinə görə, Oktoberfest festivalının ləğv edilməsi əyalət büdcəsinə 1 milyard avro ziyan vuracaq.
Oktoberfest sentyabr ayının sonlarına yaxın, oktyabr ayının ilk həftəsində təşkil edilir və 16 gün davam edir. Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak etməkdədir. Yerli əhali tərəfindən “Theresienwiese” olaraq adlandırılan bayramın qısaldılmış adı “Wiesn” formasındadır. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.
Foto © castedduonline.it
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!