Almanlar qərar verdilər: tətillərini evdə keçirəcəklər

  • Avropa
  • 27 İyn 14:09
  • 158 Oxunma
img
+    -

Almaniyada edilən son araşdırmaya görə, vətəndaşların 87 faizi tətil qərarlarını artıq veriblər. Xeber.de -nin məlumatına görə, sorğuda iştirak edənlərin 51 faizi evdə qalmaq qərarına gəlsə də, 17 faizi Avropa ölkələrinə getməyi düşünür.

Almaniyanın ictimai televiziyası ARD tərəfindən edilən son araşdırmaya görə, almanlar arasında koronavirusa tutulma qorxusu azalsa da, əhalinin 51 faizi tətilini evdə keçirmək qərarına gəlib. 

Rəyi soruşulanların 87 faizi tətillə bağlı son qərarlarını verdiklərini, 12 faizi isə hələ qərar verilmədiklərini bildiriblər. Tətil planları ilə bağlı hələ qərar verməyənlər arasında gənclərin üstünlük təşkil etdiyi bildirilir. 

Qərar qəbul edənlər arasında 51 faiz tətilini öz evlərində keçirəcəklərini, 35 faizi Almaniya daxilində səyahət edəcəyini, 17 faizi isə, Avropa ölkələrindən birinə getmək istədiklərini söyləyiblər. Tətilini Avropa xaricində keçirməyi planlaşdıranlar və beynəlxalq uçuşlarda olan məhdudiyyətlər səbəbindən evlərində qalmaq məcburiyyətində qalanlar isə, 2 % olaraq qeydə alınıb. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar