Antisemitizm aksiyalarında iştirak edənlər deportasiya edilə bilər

  • Avropa
  • 24 May 09:05
  • 169 Oxunma
img
+    -

11 günlük İsrail-Fələsin münaqişəsində atəşkəs elan olunsa da, Almaniya küçələrində Fələstinə dəstək, anti-İsrail aksiyaları hələ də davam edir. Xeber.de-nin məlumatına görə, ötən gün paytaxt Berlin, Frankfurt və Leypsiqdə Fələstin tərəfdarları yenidən ölkələrinə dəstək məqsədi ilə aksiya keçiriblər. Həmin aksiyalar zamanı İsrail əleyehinə müxtəlif şüarlar səsləndirilib, Fələstinin azadlığı tələb olunub. 
Almaniya kanzleri Angela Merkel Fələstin tərəfdarlarının keçirdiyi aksiyalarda yəhudilərə qarşı kin və nifrət dolu ifadələrin işlədilməsini pisləyib: “Yəhudilərin ünvanına nifrət dolu ifadələr işlədən hər kəs nümayiş keçirmək hüququndan sui-istifadə edir. Demokratiyamız antisemitizm etirazlarına dözməyəcək”.
Xristian Sosial İttifaqının (CSU) regional qrup rəhbəri Aleksandr Dobrindt həftəlik “Bild am Sonntag” qəzetinə açıqlamasında bildirib ki, yəhudilərə qarşı nifrətini göstərən, qanunlara hörmət etmək istəməyən hər bir əcnəbi qorunma hüququndan məhrum edilməli və ölkəni tərk etməlidir. 
Şimali Reyn Vestfaliya (NRW) əyalətinin daxili işlər naziri Herbert Reul isə bildirib ki, cəmiyyət yəhidlərə qarşı nifrəti qəbul edə bilməz: “Harada və kimin tərəfindən keçirilməsindən aslı olmayaraq yəhidilərə qarşı nifrət dolu ifadələrin işləndiyi, şüarların səsləndirildiyi aksiyaları qəbul edə bilmərik. Yəhudi vətəndaşlarımız özlərinə qarşı təhlükə hiss etməməlidirlər”.
NRW Daxili İşlər Nazirliyindən bildirilib ki, əyalətdə antisemitizm xarakterli 77 hadisə qeydə alınıb. Bu hadisərlərdə iştirakı şübhəli bilinən 125 nəfərdən 45-nin kimliyi müəyyən olunub. Onlar barədə hüquqi ölçünün götürülməsi üçün məhkəmələrə müraciət olunub. 

Foto  ©  infozentrale (Twitter : @infozentrale)

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar