Avropadakı türkiyəlilərə qarşı 9 ayda 88 hücum

  • Avropa
  • 08 Dek 04:04
  • 406 Oxunma
img
+    -

Avropada yaşayan türkiyəlilərə qarşı 9 ayda 88 irqçi hücum gerçəkləşdirilib. Xeber.de-nin məlumatına görə, bu barədə Türkiyənin Avropada olan təmsilçiliklərinə şikayətlər daxil olub. 

Hücumların artması Avropadakı Türkiyə Səfirliklərini də hərəkətə keçirib. Avropanın böyük şəhərlərindəki konsulluqlarda 24 saat fəaliyyət göstərən “Zəng mərkəzləri” yaradılıb. 

Eyni zamanda Türkiyənin Avropa dövlətlərindəki səfirlikləri vətəndaşlarına qarşı olan irqçi hücum hallarında dərhal lazımı dövlət orqanları ilə əlaqə yaradaraq, hadislərin araşdırılmasında iştirak etməyə başlayıblar. 

Bir neçə aydır həyata keçirilən layihə çərçivəsində zərərçəkən Türkiyə vətəndaşları pulsuz vəkillərlə də təmin olunub. 

Oxşar yazılar