Avropadan Azərbaycana könüllü qayıdanlara yardım göstərilib - FOTO

  • Avropa
  • 04 Sen 01:11
  • 149 Oxunma
img
+    -

Beynəlxalq Miqrasiya Təşkilatı Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsi çərçivəsində könüllü olaraq vətənə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı ilə bağlı fəaliyyətini davam etdirir.

Qurumdan Xeber.de-yə  verilən məlumata görə, bu zaman əməkdaşların təhlükəsiz şəkildə işlərini icra etmələri üçün işçilərin və binaya daxil olan qonaqların temperaturu yoxlanılır, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı tövsiyə və qaydaları, gigiyena proseduralarına əməl olunur, maskalar, əlcəklər, əl üçün dezinfeksiyaedici məhlullar kimi qoruyucu vasitələrdən istifadə olunur.

Bu ilin əvvəlindən iyul ayının sonunadək BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihəsi çərçivəsində könüllü qayıdan şəxslərə 185 qeyri-nağd yardım göstərib. Onlardan 24 şəxsə müvəqqəti mənzil (kirayə) təminatı, 30 şəxsə kiçik biznesin təşkili, 120 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları), 10 şəxsə tibbi yardım və 1 şəxsə təhsillə bağlı köməklik göstərilib.

Qeyd edək ki, BMqT-nin nümayəndəliyi hazırda İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım fəaliyyətini göstərir. Reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı (kirayə) ilə yanaşı, məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar