Avropanın “Tumurcuq”u 3 yaşında! – VİDEO

  • Avropa
  • 16 Dek 14:01
  • 624 Oxunma
img
+    -

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən və Avropada ilk Azərbaycan dram teatrı olan “Tumurcuq” 3 yaşını qeyd edir. Xeber.de-nin məlumatına görə, ötən gün teatrı ziyarət edən Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov kollektivlə görüşüb, teatırın qayğıları ilə maraqlanıb. 
Z.Əhmədov teatrın fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, səfirlik olaraq Azərbaycan teatrının qarşılaşdığı problemləri aradan qaldırmağa cəhd edəcəklər. 
Məlumat üçün bildirək ki, Teatr 2018-ci il dekabr ayında İsveç Krallığının Stokholm şəhərinin Vergilər İdarəsindən rəsmi qeydiyyatdan keçib. İlk dəfə peşəkar İsveç səhnəsinə Türk teatrının uşaq oyunçusu 12 yaşlı azərbaycanlı Məhəmməd Əli Nəzərli "Bir qazinin anıları" adlı tamaşayla çıxıb. Məhəmməd Əli Nəzərlinin rolundan sonra Azərbaycan Dram Teatrının yaranması ideyası yaranıb. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir.


 

Oxşar yazılar