Aydəm İsmayılov Ramiz Mehdiyevlə bağlı ittihamlara cavab verdi

img
+    -

Eldar Mahmudovun vurulmasından sonra Ramiz Mehdiyevin kürəkəni vasitəsi ilə Aydəm İsmayılova bir neçə il himayədarlıq etdiyi deyilir...

Son günlər Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə, Prezident Adminstrasiyanın rəhəri vəzifəsində işlədiyi dövrdə iş adamları tərəfindən bahalı hədiyyələrin verilməsi ilə bağlı məlumatlar yayımlanır.  Xeber.de -yə verilən məlumata görə, Prezident Adminstrasiyaının keçmiş rəhbərinə bahalı hədiyyə edənlərdən biri də, mətbuatda adı sabiq MTN naziri Eldar Mahmudovun adamı kimi çəkilən, iş adamı Aydəm İsmayılov olub.

Bildirilir ki, Eldar Mahmodov vəzifədən çıxarılandan sonra Aydəm İsmayılov Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin vasitəsi ilə “boz kardinal”a çıxış tapıbmış. Məhz Ramiz Mehdiyev Aydəm İsmayılovu himayəsinə aldıqdan sonra Mahmudovçu iş adamı paytaxtın mərkəzində hündür mərtəbəli binalar tikməyə başlayıbmış. Ancaq 2017-ci ildə Aydəm İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC  Bakı şəhəri Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə gündəmə gəlib.

Xatırladaq ki, paytaxtın mərkəzində həyata keçirilən həmin “yaşıl soyqırım”ı prezident İlham Əliyev öz nəzarətinə götürmüşdü. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi.

Qeyd edək ki, həmin vaxt “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi.

Məlumata görə, 2017-ci ildə “yaşıl soyqırım”a görə prezidentin haqlı qəzəbinə tuş gələn Aydəm İsmayılovun tikinti şirkətinə Ramiz Mehdiyev heç cür kömək edə bilməyib. Həmin hadisədən sonra A.İsmayılov tikinti sektörü ilə vidalaşmalı olub.

Mənbə bildirir ki, məlum hadisəyə qədər Aydəm İsmayılova himayəçiliyi kürəkəni vasitəsi ilə Ramiz Mehdiyev  edirmiş. Məhz Aydəm İsmayılov “boz kardinal”ın xoşuna gəlmək üçün paytaxın tanınmış yerlərindən ona 8 otaqlı mənzil hədiyyə edib. Həmin mənzilin Yasamal rayonu “Tri Korono” deyilən ərazidəki binlardan birində yerləşdiyi qeyd edilir.

Bildirilir ki, 8 otaqlı mənzili Aydəm İsmayılov xüsusi zövqlə bəzətdirmiş və təmirdə istifadə olunan matreallara böyük xərc çəkib. Adı çəkilən mənzilin Ramiz Mehdiyevin kürəkəni, həmin vaxt Milli Məclisin deputat olan İlham Əliyevin ailə üzvülərindən birinin adına keçirildiyi qeyd olunur.

"Ramiz Mehdiyev haqqında yazdığım..."


“Qəribə bir vəziyyət yaranıb. Hansı iri məmur vurulursa, nədənsə mənim adımı maraqlı şəxslər və ya bəlli yazarlar mütləq şəkildə aparıb onlara bağlayırlar. Məni gah Eldar Mahmudovun, gah Ramiz Mehdiyevin adamı kimi təqdim edir, barəmdə “qara piar” kampaniyası aparırlar. Halbuki bu iddialar sadəcə içiboş, heç bir əsası olmayan fikirlərdir. Bu şər-böhtan atan “istedad sahibləri” son zamanlarda işdən çıxarılan digər nazirlərə mənim adımı calamağı nədənsə unudublar. Çox qəribədir ki, hal-hazırda işləyən nazirlərdən birinin də adamı kimi mənim adımı çəkmirlər". Fəlsəfə elmləri doktoru, iş adamı Aydəm İsmayılov Xeber.de-yə açıqlamasında belə deyib.
Onun fikrincə, bu cür qarayaxma kampaniyası rəqiblərinin iqtisadi maraqlarından qaynaqlanır və heç bir faktiki əsası yoxdur: “Mən Vətənimin, dövlətimin, ölkəmin taleyinə biganə ola bilmərəm, zaman-zaman baş verən hadisələrlə bağlı mövqeyimi ortaya qoyuram. Həmişə də ölkə prezidenti cənab İlham Əliyevin və I vitse-prezidentin dəsti-xəttini, dövlətçiilk siyasətini dəstəkləyirəm və  dəstəkləyəcəyəm də. Mənim kimə bağlılığımı araşdıranların da bunu bilməsini istəyirəm. Ramiz Mehdiyevlərin, Eldar Mahmudovların əsl siması artıq cəmiyyətə yaxşı məlumdur, bunlar haqqında danışmaq istəmirəm, indi hakimiyyətdə olan nazirlər də mənim üçün sadəcə dövlət məmurlarıdır". 
A.İsmayılov bundan sonra barəsində yazılacaq iftiralara  cavab verməyəcəyini bildirib: “Mən bilirəm ki,  haqqımda mediada gedən son qarayaxma kampaniyası Ramiz Mehdiyev haqqında yazdığım təhlili anlitik məqalələrlə bağlıdır. Kim nə yazır, yazsın,  dövlət orqanları və cəmiyyət kimin kim olduğunu, Azərbaycan ictimaiyyəti isə reket mətbuatının hansısa iş adamını, siyasətçini, ziyalını və ya hansısa məmuru niyə qaraladığını yaxşı bilir. Mənim kiminsə qarşısında verə bilməyəcəyim hesabatım yoxdur”. 

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar