Azadlığa çıxıb həbsxanaya qayıtmaq istədi - Almaniyada

  • Avropa
  • 18 Dek 17:39
  • 352 Oxunma
img
+    -

Almaniyada azadlığa çıxan bank soyğunçusu 64 yaşlı Robert R.-in təzədən həbsxanaya qayıtmaq istəməsinə müsbət cavab verilib. Xeber.de-nin məlumatına görə, bu barədə Almaniyada gündəlik nəşr olunan “Bild” qəzeti xəbər dərc edib. Xəbərdə deyilir ki, iki bankı soyduğuna görə, 17 il həbsxanada cəza çəkən Robert azadlığa çıxdıqdan sonra normal həyata qayıda bilməyib. Onu ən çox əsəbləşdirən isə, “Hartz 4” kimi bilinə işsizlik yardımı ilə bağlı müraciətinə gec cavab verilməsi olub. Bir müddət dostunun evində yaşayan Robert nəhayət bezərək yenidən həbsxanaya qayıdıb orda yaşamaq istəməsi ilə bağlı müraciət edib. 

Ötən gün Verl şəhər həbsxanası 64 yaşlı Robertin müraciətinə müsbət cavab verib. 

Məlumat üçün bildirək ki, Almaniyada cəzaçəkmə müəssisələrində önə çıxan müsbət xüsusiyyətlər məhbuslara verilən müstəqillik, həbsxanadaxili dissiplin mexanizmlərinin nisbətən yumuşaq olması və onlara cəmiyyətlə əlaqələrini saxlamaq üçünü yaradılan şəraitdir. Məhbuslar gündəlik həyatlarında daha müstəqildirlər. Onlar öz yeməklərini özləri hazırlayır, istədikləri paltarı geyinə bilirlər. Məhbuslar səsvermə hüququnu saxlamaqla yanaşı, azadlıqda olduqları zaman aldıqları sosial müavinətlərin müəyyən qismini də almağa davam edirlər. 

Azadlığa çıxdıqdan sonra da onlar bir çox haqlarından istifadəyə davam edə bilərlər – məsələn, onların sürücülük vəsiqəsi əllərindən alınmır. Məhbuslara müəyyən müddət üçün cəzaçəkmə müəssisəsindən çıxış imkanı da verilir. Belə ki, həftəsonları məhbuslar evlərinə qayıda, ailələri ilə birlikdə ola bilərlər. 

Almaniyada aparılan araşdırmalara görə, həftəsonu azadlığa buraxılanların 99%-i cəzaçəkmə müəssisəsinə təyin edilmiş vaxtda qayıdır.

Məhbus analar üçün yaradılan xüsusi şərait də qeyd edilməlidir. Belə ki, 3 yaşına kimi uşağa sahib analar xüsusi bölmədə saxlanılır ki, burada da o, uşağı ilə birlikdə qala bilər. Həmin bölmədə uşağa qulluq etmək üçün şərait də mövcuddur və analara valideynliklə bağlı dərslər də keçirilir.

Almaniyada ömürlük həbsə məhkum edilmiş şəxslər minimum 15 il keçdikdən sonra hakimin qərarı əsasında şərti azadlığa buraxıla bilər. Məhbusun tənha saxlanılması müddəti Almaniyada maksimum 2 həftə olsa da, bu cəza metodundan nadir hallarda istifadəyə ehtiyac duyulur.

Cəzaçəkmə müəssisələrində iş proqramları təşkil edilir ki, orada işləyənlər də müəyyən əməkhaqqı almaqla yanaşı, proqramı uğurla bitirdikdə sertifikatla da mükafatlandırılır. Təhsil proqramları isə könüllü olsa da, cavan məhbuslar üçün təşkil edilir.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar