AZAL Almaniyadakı vətəndaşlarımızı çətin vəziyyətdə qoyub

  • Avropa
  • 19 Mar 15:22
  • 1042 Oxunma
img
+    -

“Yüzlərlə azərbaycanlı vizalarının müddəti qurtardığından Almaniyada qalıb”. Bunu Xeber.de-yə Polşada fəaliyyət göstərən “Severa Group”un rəhbəri, hazırda Almaniyada olan işadamı Rəşad Quliyev söyləyib.

Onun sözlərinə görə, Almaniyada vizaların uzadılmasına müraciət edərkən onlardan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Almaniya-Azərbaycan arası uçuşlarının ləğv olunmasına dair rəsmi məktubunu istəyirlər.

“Ancaq AZAL onlara yazılan elektron məktublara (E-mail) cavab vermir. Yüzlərlə həmvətənimiz Almaniyada çıxılmaz vəziyyətdə qalıb. Almaniyanın Əcnəbilərlə iş üzrə Federal İdarələri AZAL-ın verəcəyi cavab məktubu əsasında viza müddətinin uzadılmasına razılıq verəcəklərini deyirlər”- deyə R.Quliyev bildirib. 

Məsələyə AZAL-dan münasibət bildirilməyib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar