Azərbaycana deportasiya edilən şəxs “Mühacir alveri” işinə görə dindirilib - VİDEO

  • Avropa
  • 02 Apr 01:32
  • 181 Oxunma
img
+    -

Ötən gün Almaniyadan Azərbaycana deportasiya edilən Azərbaycan Respublikası vətəndaşı Samir Aşurov Respublika Baş Prokurorluğunda dindirilib. S.Aşurov Xeber.de-yə açıqlamasında bildirib ki, prokurorluqda dindirilmə zamanı ondan qanunsuz olaraq Azərbaycan Respublikası vətəndaşlarını Avropaya aparmaqda təqsirli bilinən bir neçə şəxsi tanıyıb-tanımadığını soruşublar. Dindirilmə Azərbaycan və Almaniya proqkurorluq orqanlarının 2019-cu ildə başlatdığı “Mühacir alveri” işi ilə əlaqəli olub. 
S.Aşurov bildirib ki, martın 29-u baş tutan deportasiya zamanı təyyarədə ümumilikdə 38 Azərbaycan Respublikası vətəndaşı olub. Onun sözlərinə görə, deportasiya prosesi zamanı Almaniya miqrasiya və polis əməkdaşları onunla kobud rəftar edib.
Məlumat üçün bildirək ki, Samir Aşurov 35 gün Nürenberq şəhərində yerləşən Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin mərkəzi binasının qarşısında çadır quraraq tək nəfərlik etiraz aksiyası keçirmişdi. 
Sığınacaq üçün dəfələrlə rədd cavabı alan S.Aşurov  iddia edirdi ki, sözügedən federal idarə onun işinə düzgün baxmır. 

Oxşar yazılar