Azərbaycanda icra başçısı və müavini saxlanılıb

img
+    -

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.

“Report”un əldə etdiyi məlumata görə, hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onların saxlanılmasının dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az yayıb.

Oxşar yazılar